Torsten Müller-Otvos: Başqa krossover olmayacaqdır

Rolls-Royce şirkəti krossoverlər xəttini genişləndirmək və ölçülərinə görə Cullinan modelindən kiçik olan krossoveri buraxmaq fikrindən uzaqdır. Bu, istehsalçının markanın yüksək statusunu qorumaq və aşağı seqmentdəki avtomobillər hesabına satışların artırılmasının qarşısının alınması məqsədi ilə edilir.

Bu barədə Autocar nəşrinə Rolls-Royce şirkətinin rəhbəri Torsten Müller-Otvos bildirib. “Belə bir avtomobil dəqiq olmayacaq. Trendləri gözləmək gərəkdir və bunun heç zaman olmayacağını bir daha bildirirəm, - Müller-Otvos söyləyib. – Hazırda model cərgəsinin genişlənməsi istiqamətində heç bir planlarımız mövcud deyildir”. 

Rolls-Royce markasının ilk krossoveri bu ilin may ayında debüt edib. Rolls-Royce Cullinan krossoveri Phantom VIII modelinin istehsalında istifadə olunun və “Dəbdəbə arxitekturası” adlandırılan orijinal modul platformasında inşa edilib.

"Kallinan" 571 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən əsaslı şəkildə yenilənmiş 6,75-litrlik V12 mühərriki ilə təchiz edilir. Güc aqreqatı səkkiz pilləli ZF avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Rolls-Royce Cullinan modelinin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb. Krossoverin elan edilən yanacaq sərfiyyatı 100 kilometrə ortalama 15 litrdir.

ДРУГИЕ СТАТЬИ