Alfa Romeo şirkəti 4C kupesindən imtina edib

Alfa Romeo şirkəti 4C kupesindən imtina etmək qərarına gəlib. Lakin, bu qərarın modelin açıq modifikasiyasına heç bir aidiyyatı yoxdur. Bu barədə xəbəri italyan markasının məhsul üzrə meneceri Denni Prittə istinad edən MotorAuthority nəşri yayıb.

Carsalesbase nəşrinin məlumatında Alfa Romeo 4C kupesinə olan tələbatın hər il azaldığı bildirilir. Belə ki, 2015-ci ildə ABŞ-da 633 ədəd kupe satılsa da, 2016 və 2017-ci illərdə müvafiq olaraq satışların sayı 492 və 406 ədəd təşkil edib. Avropada həmin illərdə 1047, 1179 və 871 ədəd Alfa Romeo 4C kupesi satılıb.

Bunlara baxmayaraq, modelin açıq modifikasiyasının satışları davam etdiriləcəkdir. Üstəlik, rodsterin satış qiymətinə də artım gəlibdir. Əvvəllər 65 min dollara satılan model, hazırda 66,9 min dollara təklif edilir.

Alfa Romeo 4C modeli 2013-cü ildə debüt edib və 240 at qüvvəsi hasil edən 1,75-litrlik “turbodördlük” və altı pilləli iki muftalı robotlaşdırılmış transmissiya ilə təklif edirilir. Model üçün idman dəsti də təklif edilir ki, onun da tərkibinə trek üçün tənzimlənmiş asqı, iri təkər diskləri və daha sürətli şinlər daxildir.

ДРУГИЕ СТАТЬИ