Dodge Challenger SRT Hellcat "qırmızı gözlərə" malik olub

Dodge şirkəti yenilənmiş Challenger sportkarlar ailəsini təqdim edib. Bu ailə 808 at qüvvəsi və 958 Nm fırlanma anı hasil edən mühərrik ilə təchiz edilən Redeye (“qımızıgöz”) modifikasiyasına sahib olub. Bu kupenin top-variantı sayılır və amerikan istehsalçısı onu “ən güclü, yeyin və dinamik” kütləvi seriya maslkarı kimi səciyyələndirir.

Dodge markasının rəhbəri Stiv Bimin sözlərinə görə, Challenger modelinin hardkor variantı sayılan SRT Hellcat Redeye özündə 852 at qüvvəli ekstremal Demon kupesinin bütün üstünlüklərini cəmləyib.

Avtomobil SRT Hellcat Demon modelində olan mexaniki kompressorlu 6,2-litrlik V8 mühərrikinin təkmişlləşdirilmiş variantına sahib olub. Güc aqreqatı gücləndirilmiş hidrotransformatoru olan səkkiz pilləli avtomatik qutu ilə tandemdə çalışır. İstehsalçı mühərrikdəki 25 detalın təkmilləşdirməyə məruz qaldığını bildirir. Onlarına arasında yeni kompressor, gücləndirilmiş porşen və sürgü qolları, başqa qazpaylayıcı mexanizm və yanacaq sistemi də vardır.

Eyni zamanda, aqreqatın yağlanma sistemi yaxşılaşdırılmış, üfürmənin təzyiqi yüksəldilmiş, taxometrin “qırmızı zonası” isə 6200-dən 6500 dövr/dəqiqəyə qədər artırılmışdır. Yerindən 60 mil/saat (96 km/saat) həddinə “qırmızıgöz” 3,4 saniyəyə sürətlənir. 402 metrlik dreq məsafəsini maslkar 10,8 saniyəyə qət edir və məsafənin sonunda onun sürəti 211 km/saata bərabər olur. Onun maksimal sürəti 327 km/saatdır. Maksimal sürətlənmə zamanı SRT Hellcat Redeye dəqiqədə 5,4 litr yanacaq işlədir – bu rejimdə yanacaq çəni 11 dəqiqəyə boşalır.

İstehsalçı avtomobilin magistralda 100 kilometrə 13 litr sərf etdiyini bildirir.

Adi Dodge Challenger SRT Hellcat modelinin gücü isə 717 at qüvvəsindən 727 at qüvvəsinə qədər artırılıb. Yenilənmiş avtomobili klassik 1970-ci ilin Dart Swinger və 1971-ci ilin Demon modelləri üslubunda cütlənmiş hava girişnə malik olan kapot sayəsində tanımaq olar.

Kupeni avtomobilin enini 89 millimetr artıran kuzov dəsti ilə də sifariş etmək mümkündür. Bu halda, maslkar 305/35 ölçülü Pirelli P-Zero şinlərinə malik olan 20-düymlük təkər diskləri ilə təchiz edilir. Bundan əlavə qara tutqun rəngli arxa spoyler də əlçatandır. Modelin təchizatına adaptiv asqı, altı porşenli Brembo əyləc mexanizmləri, launç-kontrol və bernautlar zamanı qabaq əyləclərin konturlarını qapayan Line Lock funksiyası daxildir.

Challenger SRT Hellcat modelinin alıcıları Dodge sürücülük ustalığını artırılması məktəbində bir günlük kurs keçmək şansına da malik olacaqdırlar. Onlar, həmçinin professional pilotların müşayəti ilə yarış trekinə çıxacaqdırlar.

ДРУГИЕ СТАТЬИ