Nissan və Italdesign xüsusi superkar hazırlayıblar

Nissan şirkəti “bərkgedən” GT-R Nismo sportkarının bazasında inşa edilən unikal superkarı təqdim edib. 720 at qüvvəli superkar həm Nissan GT-R modelinin, həmdə onun yaradılmasında iştirak etmiş Italdesign atelyesinin 50 illik yubileyinin şərəfinə hazırlanıb.

Superkarın eksteryerinin və interyerinin dizaynı üzərində Nissan şirkətinin Böyük Britaniya və ABŞ-dakı əməkdaşlarından ibarət komanda çalışıbıdır.

Italdesign isə yalnız avtomobilin inşası ilə məşğul olub. Dizaynerlər avtomobilin bütün kuzov elementlərini, işıq texnikasını dəyişmiş, onun interyerini isə yenidən işləmişdirlər. Bundan əlavə, superkar hücum bucağı tənzimlənən arxa antiqanada da sahib olub. Superkarın tavan xətti adi Nissan GT-R modelinə nisbətən 54 millimetr aşağı salınıb – avtomobilin hündürlüyü 1316 millimetr təşkil edir. Eyni zamanda, superkar 94 millimetr uzun (4784 millimetr) və 97 millimetr enli (1992 millimetr) olub.

Təkər bazasının uzunluğu isə dəyişilməz qalıb – 2780 millimetr.

GT-R Nismo modelinin 3,8-litrlik altı silindrli biturbo mühərrəkinin gücü 600 at qüvvəsindən 720 at qüvvəsinə qədər artırılıb. Aqreqatın fırlanma anı da 637 Nm-dən 780 Nm-ə yüksəldilib. Mühərrik iki GT3 avtomobillərində quraşdırılan yeni turbokompressora, təkmilləşdirilmiş dirsəkli vala, porşenlər, sürgü qoluna və digər yeniliklərə sahib olub. Bundan əlavə altı pilləli robotlaşdırılmış ötürmələr qutusu və ötürmə valları da gücləndirilib. Asqı sistemi isə Bilstein Damp Tronic I elektronika ilə idarələnən amortizatorları əldə edib.  

Superkarın dinamik xarakteristikaları açıqlanmayıb. Nissan GT-R Nismo sportkarı 100 km/saat həddinə 2,5 saniyəyə sürətlənir. Prototip statusunu daşıyan avtomobilin Avropa debütü gələn ay baş tutmalıdır. Onun seriyaya gedəcəyi barədə məlumat verilməyib.

ДРУГИЕ СТАТЬИ