Amerika Birləşmiş Ştatlarının Corcia ştatının Atalanta şəhərində yaşayan Lil Baby adlı 23 yaşlı reper, onun sifarişi ilə hazırlanmış Mercedes-Benz G550 4X4² ofrouderini nümayiş etdirib.

Bir sıra məşhurlar kimi Dominik Cons (reperin əsl adı belədir) da bahalı avtomobillərə sahibdir. Onun qarajında Dodge Challenger SRT Hellcat və Rolls-Royce Wraith kimi avtomobillər də vardır Lakin, reperin əsas qürur mənbəyi onun Mercedes-Benz G550 4X4² ofrouderidir.

Avtomobilin ən cəlbedici xüsusiyyətlərindən biri onun 24-düymlük Forgiato Gambe diskləridir. Six 10 Motoring komandası tərəfindən təkmilləşdirilmiş ofrouder 37 düymlük şinlər ilə təchiz edilibdir.

Image alt Image alt Image alt Image alt Image alt