Stiven Armstronq İlon Maskla məzələnib

Ford şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə bölməsinin başçısı Stiven Armstronq Tesla Motors şikətinin rəhbəri İlon Maskla məzələnib. Top-menecer iki şirkətin buraxılış həcmini müqayisə edib.

Buna səbəb isə, bir müddət bundan önca İlon Maskın Twitter sosial şəbəkəsində dərc etdiyi tvit olub.

Mask  Model 3 modelinin buraxılışının bir həftədə beş minə, ümumi istehsal həcminin yeddi minə çatdığına işarə vuran tvit yazıb. Bu tvitdə “yeddi gündə 7000 avtomobil, Tesla komandası” yazılıb. Bu tvitə cavab olaraq isə Armstronq “4 saatda 7000 avtomobil, Ford komandası” yazısını dərc edib. Həftədə beş min Model 3 elektrokarının buraxılması həcminə amerikan istehsalçısı planlaşdırıldığından yarım il gecikmə ilə çıxıb.

Bunun səbəbi kimi yığma xəttinin tənzimləməsinin çətinliyi, həmçinin konveyerə batareyaların çatdırılmasında oan problemlər göstərilir.

ДРУГИЕ СТАТЬИ