Porsche 911 sportkarının yeni nəsli haqqında kifayət qədər məlumat vermişik. Yeni sportkarın cəsuslar tərəfindən çəkilmiş şəkillərini də dəfələrlə çap etmişik. Hətta, bir müddət bundan öncə istehsalçı özü yeni sportkarın cüzi kamuflyaja bürünmüş prototiplərinin şəkillərini də dərc etmişdir.

Bu gün isə əfsanəvi sportkarın yeni şəkilləri yayılıbdır. Əslində avtomobilin cəsus şəkilləri sizin üçün artıq adiləşə də bilər. Lakin, bu gün Motor1.com saytı tərəfindən dərc edilmiş şəkillər başqadır - burada yeni nəsil və cari nəsil 911 modeli birlikdə yaxalanıbdır. Bu isə bizə iki nəslin eksteryerini müqayisə etmək imkanı verir.

Ön tərəfdən baxdıqda elə də ciddi fərqin olmadığı nəzərə çarpır - yeni kapot və ön bamper o dəqiqə diqqəti cəlb edir. Arxa hissədəki dəyişikliklər daha ciddi xarakter daşıyır - arxa şüşə, fənərlər və bamper tamamilə başqa formaya malikdirlər. 

Image alt Image alt Image alt Image alt