Ford Mustang modelinin tüninqi ilə məşhurlaşmış Roush şirkəti Ford F-150 pikapının Nitemare adlı variantını nümayiş etdirib. Pikap yenilənmiş eksteryerə və təkmilləşdirilmiş 5,0-litrlik V8 mühərrikinə sahib olub.

Amerikan şirkəti adi F-150 pikapını Nitemare modelinə çevirmək üçün 16999 dollar tələb edir. Nitemare adi pikapdan quraşdırılmış işıqdiodları olan radiator barmaqlığı, ön bamperin əlavəsi və 22-düymlük təkər diskləri ilə fərqlənir. Bundan başqa, pikapı rejimləri mərkəzi konsildakı düymə və ya smartfon vasitəsi ilə dəyişdirilən aktiv səsboğucu sistem ilə təchiz etmək olar.

Roush mütəxəssisləri 5,0-litrlik səkkiz silindrli mühərriki TVS R2650 ötürməli komressor, yeni hava filtri və yenidən tənzimlənmiş idarəetmə bloku ilə təchiz ediblər. Bu dəyişikliklər sayəsində mühərrikin hasilatı 400 qüvvəsindən 659 at qüvvəsinə və 734 Nm-dən 826 Nm-ə qədər artırılıbdır. 

Image alt Image alt Image alt Image alt