Yeni Range Rover modeli Rolls-Royce Cullinan ilə rəqabət aparacaqdır

Növbəti nəsil Range Rover modelini yeni alüminium platformasında inşa edəcəkdirlər. Modelin dizaynı cüzi dəyişəcək, onun texniki avadanlıqları genişlənəcək və mühərrik çeşidi tamamilə dəyişəcəkdir. “Autocar” nəşrinin məlumatına görə, V6 və V8 mühərrikləri Ingenium ailəsindən olan turbomühərriklər və “mülayim” hibridlər ilə əvəz ediləcəkdir.

Ən maraqlısı oldur ki, britaniya istehsalçısı yeni Range Rover ofrouderinin Bentley Bentayga və Rolls-Royce Cullinan ilə rəqabət aparacağından əmindir. İlkin məlumata əsasən, yeni Range Rover sələfindən ciddi şəkildə yüngül olacaqdır. Buna yeni Modular Longitudinal Architecture (MLA) platformasının tətbiqi sayəsində nail olunacaqdır. Gələcəkdə bu platforma Jaguar Land Rover alyansının bütün yeni modellərinin əsasını təşkil edəcəkdir.

Ölçülərinə görə yeni ofrouder cari modellə bənzər olmalıdır. Ən maraqlı yeniliklər isə, iki 10-düymlük displeyi olan Touch Pro Duo multimedia kompleksi, avtopilot və süni idrakın əsasında yaradılmış Smart Setting sistemi olacaqdır. Sonuncu sistem havadan asılı olaraq avtomatik şəkildə havalandırma sistemini tənzimləyəcəkdir. Xatırladaq ki, yeni avtopilot sistemi artıq Land Rover Discovery prototiplərində sınaqdan keçirilməkdədir.

ДРУГИЕ СТАТЬИ