Yaponiyada yeddinci nəsil Lexus ES sedanın satışlarına başlanıb. Lexus ES sedanı Digital Outer Mirrors “virtual” yan güzgülər ilə təchiz edilən ilk kütləvi modeldir. Yaponiya bazarında satılan avtomobillərdə ənənəvi güzgülərin əvəzinə salondakı monitorlara görüntünü ötürən xüsusi kameralar quraşdırılıbdır.

Digital Outer Mirrors adi güzgülərə bənzər şəkildə yaradılmış yığcam və aerodinamik modullardan ibarətdir. Kiçik ölüçləri sayəsində onlar nəinki görünüşü yaxşılaşdırır, həmçinin küləyin səsinin azalmasına xidmət edir. Yeni “güzgülər” yağıntılara qarşı da davamlıdır. Kameraların dizaynı onlara yağış damcılarının və qarın yapışmasının qarşısını alır.

Virtual “güzgülərdən” alınan görüntülər ön dayaqların alt hissəsində yerləşdirilmiş beş düymlük displeylərə ötürülür.  Sistem avtomatik olaraq gərək olan müşahidə zonasını aktivləşdirir. Dönmə işıqlarının və arxa ötürmənin işə salınması halında sistem sol,sağ və arxa görüntüləri aktivləşdirir. Sürücü əl ilə kamerları aktivləşdirərək avtomobilin ətrafındakı görüntü zonasını genişləndirə bilər.

Buna bənzər sistem Audi şirkətinin ilk elektrokarı olan e-tron modelində tətbiq edilir. Kameralardan alınan görüntülərqapı və ön panelin arasında yerləşən OLED-displeylərə ötürülür. Məlumatın ötürülməsinin üç rejimi vardır: şosse, dongə və parkinq. Onları multimedia sisteminin interfeysi vasitəsi ilə dəyişmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt