Suzuki yeni Jimny haqqında "danışıb"

Suzuki şirkəti yeni nəsil Jimny ofrouderinin yapon bazarı üçün nəzərdə tutulan spesifikasiyasını açıqlayıb. Model rama konstruksiyasını qoruyub-saxlayıb və iki variantda – baza və Sierra modifikasiyasında təklif ediləcəkdir. Modifikasiyalar mühərrik və təchizatı ilə fərqlənir.

Yeni Suzuki Jimny modelinin əsasını bütov körpüləri, sərt şəkildə birləşdirilən tam çəkiş sistemi və azaldıcı pillələri olan paylayıcı qutu ilə təchiz edilən pilləkən tipli rama təşkil edir. Ofrouderin uzunluğu 3480 millimetr, eni – 1645 millimetr, hündürlüyü isə 1725 millimetr təşkil edir. Beləliklə, avtomobil sələfindən 195 millimetr qısa, 45 millimetr enli və 20 millimetr hündür olub. Avtomobilin klirensi 210 millimetrdir.

Jimny modelinin mühərrik çeşidinə 64 at qüvvəsi və 103 Nm fırlanma anı hasil edən 660 kubluq turbomühərrik, həmçinin 102 at qüvvəsi və 130 Nm fırlanma anına malik olan 1,5-litrlik atmosfer mühərriki daxil edilib. Hər iki aqreqat beş pilləli mexaniki və ya dörd diapazonlu avtomatik transmissiya ilə təchiz edilə bilər. Modelin təchizatına işıaqdiodlarından optika, klimat-kontrol, kruiz-kontrol, açarsız giriş, yüngüllehimli disklər, öndən toqquşmaları xəbərdar edən sistem, kor zonalara nəzarət və yol nişanlarını aşkarlama funksiyaları daxil edilibdir.

Model üçün dörd tərtibat dəsti əlçatandır: Survival, Offroad, Heritage və Revival. Bu dəstlər eksteryerin tərtibatı və əlavə avadanlıq siyahısı ilə seçilirlər.  Yaponiyada yeni Suzuki Jimny 1,5 milyon yendən başlayan qiymətlərlə satılır.

ДРУГИЕ СТАТЬИ