Amerikan Mil-Spec Automotive (MSA) atelyesi Hummer H1 modelinin bazasında inşa edilmiş restomodun dördüncü nüsxəsini təqdim edib. Dördqapılı hardtop modifikaisyasında olan ofrouder, digər modellərdə quraşdırılmayan 40-düymlük şinlərinə, aviasiya alüminiumundan hazırlanmış dama və əlavə asma avadanlığa sahib olub. 004 nömrəli avtomobilin qiyməti 249 min dollar təşkil edir.

MSA 004 adi Hummer ofrouderindən təkər izini 203 millimetr, avtomobilin enini isə 178 millimetr genişləndirlən xüsusi kuzov dəsti ilə fərqlənir. Eyni zamanda, avtomobil güc bamperləri, müdafiə qövsləri, ehtiyat təkərin bərkitməsi və işıqdiodlarından hazırlanmış köməkçi işıqlandırma ilə təchiz edilir. Ofrouderin avadanlıq siyahısına bucurqad və şnorkel də daxil edilibdir.

MSA 004 510 at qüvvəsi və 1355 Nm fırlanma anı hasil edən 6,6-litrlik V8 dizel aqreqatı ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli adaptiv Allison 1000 transmissiyası ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt