Toyota yeni Supra modelinin növbəti şəklini dərc edib

Toyota Supra modelinin yeni nəslinin təqdimatı acı bağısaq kimi uzanmağa davam edir. Modelin bu yaxınlarda keçiriləcək Qudvud sürət festivalında debüt edəcəyi söylənilsə də, modelin üzərindəki kamuflyajını atmayacağı da söylənilir.

Bir müddət bundan öncə Toyota şirkətinin Avropa nümayəndəliyinin vyse-prezidenti Harald Kilmannın yeni Supra modelinin ucuz olmayacağını bildirmişdir. “Avtomobil ucuz olmayacaqdır”, - Kilmann söyləyib. O, həmçinin Supra kupesinin BMW Z4 modeli ilə ümumi platforma və güc aqreqatını bölüşəcəyini də təsdiq edib.

Yeni nəsil Toyota Supra kupesi BMW tərəfindən hazırlanmış 3,0-litrlik altı silindrli sıralı mühərrik ilə hərəkətə gələcəkdir. İlkin məlumata görə, bu mühərrik 340 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edəcəkdir. Bununla belə, modelin standart variantının 250 at qüvvəli mühərriklə təchiz ediləcəyi də ehtimal olunur.

ДРУГИЕ СТАТЬИ