Bu gün internet şəbəkəsində yeni McLaren Speedtail superhibridinin şəkilləri peyda olub. Xatırladaq ki, yeni hiperkar bu gün təqdim edilməlidir. Ultimate Series xəttinin bir hissəsi olacaq avtomobil britaniya markasının ən yeyin modeli olacaqdır. Bundan başqa, Speedtail müştərilərinə görünməyən fərdiləşmə imkanları veriləcəkdir.

McLaren Speedtail hiperkarı Bugatti Chiron və Koenigsegg Agera RS kimi modellərin rəqibi olmalıdır. Eyni zamanda, Speedtail 1990-cı illərin əfsanəvi avtomobillərindən olan McLaren F1 modelinin ideoloji davamçısı hesab edilir.

McLaren şirkətinin tarixində ən yeyin model olan Speedtail 1000 at qüvvəsi hasil edən hibrid güc qurğusuna sahib olacaqdır. Qurğunun əsasını McLaren 570S GT4 yarış avtomobilində istifadə edilən iki turbokompressorlu V8 mühərriki təşkil edəcəkdir.

Dərc edilmiş fotoşəkillərdən də göründüyü kimi, Speedtail qeyri-adi eksteryer və interyer dizaynına malikdir. Mərkəzdə əyləsən sürücünün qarşısında olan üç displeyi görmək olar. İri formalı cihazlar panelinin sağ və solunda olan sensorlu displeylər, böyük ehtimalla, yan güzgüləri əvəz edən kameralardan əldə edilən görüntüləri əks etdirir.

106 nüsxəlik tirajla buraxılacaq Speedtail 1+2 oturacaq formulu, tamamilə karbondan hazırlanmış kuzov və unikal aerodinamika ilə seçiləcəkdir. İlkin məlumata görə, McLaren Speedtail 391 km/saat həddinə qədər sürətlənəcəkdir. Hiperkarın 2,3 milyon dollardan başlayan qiymətlərlə satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt