DS3 Crossback modelinin patent təsvirləri peyda olub

Bir müddət bundan öncə, Citroen şirkətinin tam elektrik ötürməsi ilə hərəkətə gələn yığcam krossoveri hazırladığını xəbər vermişdik. Bu, Citroen şirkətinə məxsus olan DS premium markasının yığcam DS3 Crossback modelidir. Bu gün internet şəbəkəsində yeni modelin patent təsvirləri peyda olub.

Yeni model, elektromobillər üçün xüsusi olaraq hazırlanmış e-CMP adlı modul platformasında inşa ediləcəkdir.

Bu şassidən məhz DS avtomobillərinin inşası üçün istifadə ediləcəkdir və digər PSA qrupunun modelləri üçün təklif edilməyəcəkdir. Fransız qrupu DS markasını Peugeot və Citroen brendlərindən fərqli olaraq daha premial və texnoloji olmasını istəyir. Yeni model haqqında texniki məlumat verilməyib. Nərşin məlumatlarına görə, elektrokar 50 kilovat-saatlıq batareyalara sahib ola bilər. Onun yürüş ehtiyatı isə 200 kilometrə yaxın olacaqdır. Yeni elektrik krossoveri bu ilin payızında Paris avtosalonunda debüt edəcəkdir.

DS3 Crossback modeli 2019-cu ildə satışa çıxacaqdır.

ДРУГИЕ СТАТЬИ