BMW avtomobillərinin tüninqi ilə məşğul olan Aplina atelyesi B4 S Bi-Turbo kupe və kabrioletinin Edition 99 adlı məhdud saylı nəşrini təqdim edib. Avtomobillər gücü 452 at qüvvəsinə qədər artırılmış mühərrikə, titandan səsboğucu sistemə və beş rəng variantına sahib olacaqdırlar. Xüsusi seriyadan olan avtomobillərin tirajı 99 ədəd olacaqdır.

Edition 99 indeksinə malik olan kupe və kabrioletlər adi B4 S Bi-Turbo modellərindən təkmilləşdirilmiş 3,0-litrlik altısilindrli mühərrik ilə fərqlənirlər. 440 at qüvvəsi və 660 Nm fırlanma anı hasil edən mühərrikin gücü 452 at qüvvəsinə, fırlanma anı isə 680 Nm-ə qədər artırılıb. Bununla belə, avtomobillərin dinamik xarakteristikaları dəyişməyib: tamşəkişli kupe 100 km/saat həddinə 3,9 saniyəyə, arxaçəkişli kupe isə 4,2 saniyəyə sürətlənir. Modifikasiyasından asılı olaraq avtomobillərin maksimal sürəti 303-306 km/saatıdr.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Alpina B4 S Bi-Turbo Edition 99 Akrapovic firmasının titandan hazırlanmış buraxılış sistemi ilə təchiz edilir ki, bu da 7 kiloqrama qənaət deməkdir. Bundan başqa, Sport Plus asqısı (kupe üçün), 20-düymlük alüminiumdan təkər diskləri, öxüqapanan differensial da təchizata daxildir. Dəri və alkantara ilə örtülmüş salonda multikonturlu oturacaqlar və tutqun qara rəngli sükanaltı dəstəklər də quraşdırılmışdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt