Rodriges qardaşları adına avtodromda qələbəni Maks Ferstappen qeyd etsə də, damalı bayraqdan sonra özünü dünyanın ən xoşbəxt insanı hiss edən yeganə şəxs Lyuis Həmilton idi – britaniyalı keçən il olduğu kimi, Mexikoda növbəti çempionluq titulunu rəsmiləşdirib.

Həmilton nə qədər sevincli olsa da, Sebastyan Fettel bir o qədər məyus idi. Əslində bu məyusluğun səbəbini elə Fettelin özündə və onun komandasında axtarmaq gərəkdiir. Həm pilot, həm də Scuderia Ferrari komandası mövsüm boyu rəqiblərinin qalib gəlməsi üçün əllərindən gələni etmişdirlər – pilotaj səhvi, strategiya səhvi, – bunlar alman komandasının bu günki uğuruna italyan tərəfindən verilmiş çox dəyərli tövhədir.

İkinci - birinci məğlub olandı

Lakin, Mercedes titulları rəqiblərinin hədiyyələri sayəsində qazanmayıb - alman komandası həm texnoloji cəhətdən, həm də strateji qərarlar qəbul etmək cəhətdən rəqiblərindən üstün olublar. Lazımi anda diqqətlərini cəmləyərək irəli sıçrayış etmək iqtidarında olduqlarını və Lyuisin qələbə əzmini nəzərə alsaq, bu tandemin qələbəyə daha çox layiq olduğunu bir Ferrari fanatı kimi etiraf etməliyəm.

Yarışa gəldikdə isə, poula sahib olan komanda yoldaşından fərqli olaraq, Maks Ferstappen gözəl başlanğıc edib. Hətta o, yerindən möhtəşəm sıçrayışla irəli atılan Həmiltona belə onu keçmək şansı verməyib. Maks anlayırdı ki, Həmilton risq etməyəcək və top-komandaların pilotlarının birinci və ikinci pit-stoplardan sonra liderliyini qoruyan gənc hollandiyalı Meksika Qran Prisini ardıcıl olaraq ikinci dəfə qazanan ilk pilot olub.

Həmilton Mexikoda beşinci titulunu bayram edir

Həmiltona isə vaxtından əvvəl çempion olmaq üçün ilk yeddilikdə finiş görmək kifayət edirdi. Bu səbəbdən də Həmilton rəqiblərinə elə də güclü müqavimət göstərmək fikrində deyildi – necə ki, yarışın ortalarında  Fettelə, sonra isə birinci döngədə otluğa çıxaraq Rikkardoya keçildikdən sonra yarışını sakitcə davam etdirdi. Dördüncü yerdə finiş görən britaniyalı Fetteli 64 xal qabaqlayaraq beşinci tituluna qovuşdu. Artıq Lyuis, Xuan Manuel Fanxio və Mixael Şumaxerin daxil olduğu beş və artıq çempionluq titulu qazanmış pilotlar klubunun üzvüdür.

Mercedes pilotları olmayan podium

Maks ilə yanaşı podium digər iki pilləsinə qalxan pilotlar “qırmızıların” nümayəndələri Sebastyan Fettel və Kimi Rəykkonen olublar. Rikkardonun 62-ci dövrədə yarışdan kənar qalmasından sonra hər iki pilot irəli çıxıblar. Yarışda üç dəfə pit-stop edən yeganə pilot isə Valtteri Bottas olub. Yarış boyu Kiminin önündə olan Mercedes pilotu sonunda bir pit-stop etmiş həmyerlisindən geridə qalıb.

Digər pilotların arasında ən uğurlu çıxış edən Renault nümayəndəsi Niko Hülkenberq olub. Hülkenberqdən sonra Şarl Lekler yeddinci olub. Stoffel Vandorn səkkizinci, Markus Eriksson doqquzuncu, Pyer Qasli isə onuncu olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt