Adının çəkilməsini istəməyən alıcı Aston Martin şirkətinə 20 milyon funt-sterlinq ödəyərək Vanquish sportkarının texniki çertyojlarını və dizayner eskizlərini satın alıb. Xatırladaq ki, bu modelin istehsalına cari ildə son verilibdir.

Sövdələşmə bu ilin iyun ayında baş tutub. Müqaviləyə əsasən, alıcı Aston Martin Consulting konsaltinq bölümünün 18 aylıq pulsuz dəstəyinə də sahib olub. Automotive News  nəşrinin məlumatına görə, çertyojları Avropadakı tüninq atelyelərin biri əldə edə bilər.

Nəşr Mansory və Ares Design kimi atelyelərin adını da çəkib. Çox güman ki, bu atelyelərdən biri Vanquish modelinin əsasında öz modelini inşa etmək istəyir və burada Aston Martin Consulting bölümünün yardımı yerinə düşə bilər. Bölüm Aston Martinə bənzəməyən Vanquish modelini necə hazırlamaq barədə qiymətli məsləhətlər verə bilər.

Image alt Image alt Image alt Image alt