Ford Performance bölümü və amerikalı drifter Von Gittinqə-cuniora məxsus olan RTR Vehicles firması Ford Mustang modeli üçün hazırladıqları Series 1 Mustang RTR proqramını təqdim ediblər. Bu proqram Performance Pack 1 dəsti ilə təchiz edilmiş avtomobillər üçün nəzərdə tutulubdur. Dəstin tərkibinə aqressiv aerodinamik kuzov dəsti və tənizmlənən asqı sistemi daxildir. Cəmi 500 dəst satılacaqdır.

Ford Mustang Series 1 Mustang RTR modelini xüsusi 19 düymlük təkər diskləri, quraşdırılmış gündüz hərəkət işıqları olan radiator barmaqlığı, kuzov dəstinə, kuzovdakı qrafikaya və RTR Powered by Ford Performance emblemləri sayəsində tanımaq olar. Bundan başqa, bütün avtomobillərə tənzimlənən stabilizatorları olan asqı quraşdırılacaqdır.

Bu dəst 466 at qüvvəsi və 569 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki və 314 at qüvvəsi və 474 Nm fırlanma anı hasil edən 2,3-litrlik EcoBoost dörd silindrli turbomühərriki ilə təchiz edilmiş Mustang modeli üçün əlçatandır. Performance Pack 1 dəsti ilə təchiz edilmiş 314 qüvvəli Ford Mustang modelin avadanlıq siyahısına özüqapanan Torsen differensialı, 19-düymlük təkər diskləri, alüminium dekorları olan cihazlar paneli, gücləndirilmiş əyləc mexanizmləri daxildir. GT modifikasiyası üçün xüsusi ön yaylar da təklif edilir.

Mənbə: Motor1.com

Image alt Image alt Image alt Image alt