Ford GT modelinin ikinci nəsli yüksək tələbata malik olduğundan amerikan istehsalçısı superkarın 1000 nüsxəlik tirajını 350 ədəd artırmağa məcbur qalıb. Superkarın bütün tirajının 2022-ci ildə qədər istehsal olunması planlaşdırılır.

Lakin, bu tiraj Ford şirkətini qane etməyib və amerikan istehsalçısı Las-Veqasda keçirilən SEMA tüninq sərgisində superkarın yeni xüsusi versiyasını təqdim edib. Ford GT Carbon Series adlandırılan kupe adi superkardan 18 kiloqram yüngüldür. Buna avtomobilin konstruksiyasında karbondan geniş istifadə sayəsində nail olunubdur.

Superkarı yüngülləşdirmək məqsədi ilə buraxılış sistemi və təkər disklərini boltları titandan hazırlanıbdır. Bundan başqa, sportkarın arxa şüşəsi və mühərrikinin şüşə kapotu polikarbonatdan hazırlanıbdır. Ford GT Carbon Series modeli stəkanaltılardan və sürücü oturacağının altındakı qutulardan da məhrum edilibdir. Bununla belə, kondisioner, Sync 3 multimedia sistemi saxlanılıbdır ki, bu da superkarın gündəlik istismarını rahat edəcəkdir.

Xüsusi seriyadan olan superkarı cihazlar panelindəki xüsusi emblemlər, yeni sükanaltı dəstəklər və oturacağın və sükanın gümüşü tikişləri sayəsində seçmək olar. Gündəlin buraxılan GT superkarlarının yeddisindən biri xüsusi seriyadan olacaqdır. Xüsusi kupelərə sifarişlər 8 noyabr tarixindən başlayaraq qəbul ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt