BMW şirkəti 8-Series ailəsini genişləndirməyə davam edir. Alman istehsalçısı BMW 8-Series kupesinin ardınca modelin açıq kuzovlu modifikasiyasını da təqdim etməyə hazırlaşır. Yeni BMW 8-Series Cabriolet modeli gələn ay işinə başlayacaq Los-Anjeles avtosalonunda debüt edəcəkdir.

Bundan sonra, növbə “bərkgedən” M8 və dördqapılı 8-Series Gran Coupe modellərinindir. Bu günlərdə, avtomobil aləminin cəsusları yeni dördqapılı kupenin “Şimal ilgəyində” keçirilən sınaqları zamanı onu lentə alıblar. Videodan da göründüyü kimi, güclü kamuflyaja bürünmüş avtomobil M850i Gran Coupe bayraqdar modifikasiyasıdır. Ehtimallara görə, Gran Coupe bu modellərə xas olan liftbek kuzovuna deyil, ənənəvi sedan kuzovuna malik olacaqdır.

“Şimal ilgəyində” çəkilmiş videoçarxda bir neçə prototip qeydə alınmışdır. Videoçarxdan da göründüyü kimi, əlavə qapılar istisna olmaqla, 8-Series modelinin eksteryerində elə də ciddi dəyişiklik edilməyəyibdir.

Mənbə: Motor1

Image alt Image alt Image alt Image alt