Dəbli Jeep Gladiator pikapının üçoxlu versiyasını hazırlamaq cəhdləri kifayət qədər olub, lakin indiyə qədər tüninq şirkətləri həddən yüksək qiymətə və monstrşəkilli görünüşə malik olan versiyaları nümayiş etdiriblər. Mələsən, götürək 225.000 dollardan başlayan qiymətlə satılan Rezvani Hercules pikapını. İndi isə, Kaliforniyada fəaliyyət göstərən Next Level startapı öz versiyasını təqdim edib. Bu pikap təkcə məntiqli görünüşü ilə deyil, həm də əlverişli (əlbəttə ki, nisbətən) qiyməti ilə seçilir.

Yeni Next Level Jeep Gladiator 6x6 modeli steroidləri udmuş bodibilderə bənzəmir. O, seriya pikapının dizaynını qoruyub saxlayıb, əlavələr arasında isə yalnız xarici diametri 37 düym olan böyük təkərləri və geri çəkilə bilən ayaq dayaqları var – bu dayaqlar olmadan pikapa minib-düşmək çətin olardı. Əlbəttə ki, 1,5 metrdən 2,4 metrə qədər uzadılmış yük bölməsini saymasaq - əks halda üçüncü ox arxaya sığmazdı.

Standart olaraq, Next Level pikapı 6x4 təkər formuluna malikdir. Əlavə üçüncü ox ən ekstremal şəraitdə -  altı təkərin hər birində dartmaya ehtiyac olduqda qoşulur. Əsas ötürmə cütlüyünün ötürmə nisbəti 4.88 qədər artırılıb ki, Rubicon versiyasında bu nisbət 4.1, standart Gladiator pikapında isə 3.73-dür. Pikapın təkər izi genişləndirilib, klirensi artırılıb, standart amortizatorların yerinə isə daha çox yüklənməyə hesablanış Fox komponentləri quraşdırılıb.

Maraqlıdır ki, Next Level şirkəti üçoxlu pikap üçün üç mühərrik seçimini təklif edir, halbuki orijinal Gladiator modeli yalnız iki mühərrik seçiminə malikdir. Bu aqreqatlardan biricisi, Jeep Wrangler ofrouderinin sahib olduğu, lakin Gladiator üçün əlçatmaz olan 2.0-litrlik dördsilindrli (274 at qüvvəsi və 393 Nm) benzin turbomühərriki, ikincisi, 3.6-litrlik V6 (289 at qüvvəsi və 353 Nm) atmosfer benzin mühərriki, üçüncüsü isə, 380 at qüvvəsi və 637 Nm fırlanma anı hasil edən gücləndirilmiş 3,0-litrlik V6 turbodizelidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üçoxlu Jeep Gladiator pikapı üçün Next Level şirkəti minimum 132.000 dollar tələb edir və bu qiymətə salonun nappa dərisi ilə üzlənməsi də daxildir. Digər altı təkərli pikaplar daha bahalıdır, amma Next Level şirkətinin təklif etdiyi qiymət də az deyil - çünki maksimal təchizata malik olan adi Jeep Gladiator modelinin ABŞ-dakı satış qiyməti 60.000 dolları üstələmir.