Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda Liberty Media rəhbərliyinin qrid-gölzdən imtina etmək fikrini şərh edib.

Bir müddət bundan öncə Formula 1 çempionatının idman direktoru Ross Braun təşkilatçıların belə planı nəzərdən keçirdiklərini bildirib. Yeni idarəçilərin fikrincə start düzlüyündə əlində lövhələr olan qızların düzülməsi ənənəsi köhnəlibdir.

“Onların başı xarab olub? Start düzlüyündəki qızlardan imtina edilməsini başa düşə bilmirəm”, - dəyən Niki Lauda təəccübünü bildirib.

Red Bull komandasının idman məsləhətçisi Helmut Marko da bu təklifin əleyhinə olduğunu bildirib və Liberty Media rəhbərliyinin qadın hüquqları müdafiəçilərinə xoş gəlmək üçün etdikləri hərəkətdən təəccübləndiyini bildirib.

“Belə bir şeyi təsəvvür edə bilmirəm, - Marko bildirib. – Amerikan idmanında son söz rəhbərliyindir, amma Formula 1 üçün niyə başqa yanaşma istifadə edilməsin ki?”.