Formula 1 üzrə üçqat dünya çempionu, hazırda Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda pit qızlarından imtina etmək qərarını vermiş Liberty Media rəhbərliyini kəskin tənqid atəşinə tutub.

"Mən qətiyyən bu qərarı anlamıram və ümid edirəm ki, ona yenidən baxılacaqdır, - Lauda Avstriyanın Der Standard nəşrinə müsahibəsində bildirib. - Mən çox təəssüf edirəm ki, bu ənənəni yox etmək istəyirlər. Bu addım nə Formula 1-in, nə də ki qadınların reputasiyasına xeyir gətirəcəkdir.  Ümumiyyətlə, belə bir axmaq fikir kimin ağlına gəlib? Onlar tamam dəli olublar? Bu qərar nə verəcək? 

Bu ilk növbədə qadınların reputasiyasına zərbədir. Deyirlər guya qızlar start düzlüyündə çox ədəbsizcəsinə geyinirlər. Lakin, onları daha sadə geyindirmək olardı. Qrid-gölz Formula 1-in tərkib hissəsi olub və onları yığışdırmaq lazım deyildir. Sonunda start düzlüyündə lövhə tutan oğlan və qızların durmasını təşkil etmək olardı. Niyə də olamsın? Qadınların rolunu azaltmaq deyil, onları təşviq etmək gərəkdir, amma növbəti dəfə kişilər öz qərarlarını verdilər".