Bu günü Formula 1 aləmi kədərli bir xəbərlər başlayıb. Dünən Vyana şəhərində üçqat dünya çempionu Niki Lauda 71 yaşında vəfat edib. Laudanın vəfat etməsi barədə xəbəri The Guardian nəşri Avstriyanın xəbər agentliklərinə istinadən yayıb.

Andreas Nikolaus Lauda 1975, 1977 və 1984-cü illərdə Formula 1 üzrə dünya çempionu olub. O, 171 yarışda iştirak edərək, onların 25-də qalib gəlib. 1976-cı ildə Lauda Nürburqrinqdə qəzaya düşüb və onun bolidi alışıb. Nəticədə, pilot ağır yanıqlara məruz qalıb və onun başı zədələnib. Lakin, Lauda bu qəzadan sonra bərpa olaraq yenidən F1 yarışlarına qayıdıb.

Karyerasını bitirdikdən sonra Niki Lauda ona məxsus olan Lauda Air aviaşirkətini idarə etməklə məşğul olub. 1999-cu ildə şirkətin nəzarət səhmlərini Austrian Airlines aviaşirkətinə satan Lauda, 2003-cü ildə yeni Niki adlı aviaşirkəti yaradıb. Lauda, həmçinin Mercedes-AMG Petronas komandasının direktorlar şurasının qeyri-icraçı sədri vəzifəsini tuturdu.

Keçən ilin yayında Laudanı qrip diaqnozu ilə Vyananın klinikalarından birinə yatırdıblar. Müayyinə zamanı onun ciyərlərinin normal fəaliyyət göstərmədiyi və onların transplantasiyası tələb olunduğu aşkar edilib.