NextEV şirkətinin elektromobillər istehsal edən Nio bölməsi özünün ikinci modelinin prototipini təqdim etmişdir. Konsept, brendin yaxın gələcəkdə seriya pilotsuz avtomobilinin necə olacaöından xəbər verir.

Nio Eve çəkilən qapılara, şüşə tavana və çarpayıya çevrilən kresloya, avtopilot və sahibinin adətlərini yadda saxlayaraq yürüş marşrutunu hazırlayan NOMİ süni intellektə malik olan yığcam hetçbekdir. Bununla belə, tələb olduqda avtomobilin idarəsini ənənəvi üsulla da həyata keçirmək olar.

İstehsalçı avtomobilin seriya variantının yürüyüş məsafəsinin 965 kilometr olduğunu iddia edir. Eyni zamanda, avtomobilin 320 kilometr məsafəni qət etməsi üçün xüsusi doldurma stansiyasında 10 dəqiqəlik qidalanma kifayət etməlidir. Nio şirkəti seriya pilotsuz avtomobillərini 202-ci ildə yollara çıxarmaq niyyətindədir. İlk belə avtomobillər ABŞ-ın yollarında peyda olacaqdırlar.

Xatırladaq ki, Çin brendinin ilk modeli 1360 at qüvvəli EP9 elektrik hiperkarı olmuşdur. Hiperkar 100 km/saat sürətinə 2,7 saniyəyə sürətlənir və 312 km/saat maksimal sürətə malikdir. Onun yürüş məsafəsi 425 kilometrdir. Qiyməti 1,2 milyon dollar olan avtomobildən altı ədəd buraxılacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt