Nissan şirkətinin Avropa bölməsi xüsusi mətbuat-açıqlaması dərc edərək, yeni nəsil Juke modelinin Fransanın Frankfort kəndində təqdimatının keçiriləcəyini bildirib. Bu günlərdə Frankfurtda avtosalonun fəaliyyətə başlamasını nəzərə alsaq, yapon markasının Avropa bölməsinin nəyə işarə etdiyini anlamaq çətin deyil.

Frankfort kəndinin yaxınlığında quraşdırılmış stenddə yeni krossover nümayiş etdirilib. Mətbuat xidməti təqdimatda furşetin təşkil olunacağını və iştirak edəcək ilk 150 nəfər üçün xüsusi hədiyyələr də hazırladığını bəyan etsə də, ekspozisiyanı cəmi 23 nəfər ziyarət edib. Bir sözlə, zarafat alınmayıb.