Nissan Leaf hetçbeki müasir elektrikləşdirmənin pionerlərindən biridir və uzun müddət ən çox satılan batareyalı model sayılırdı. Lakin şğhrətin pik həddi artıq arxadadır: 12 il ərzində 577 min nüsxədə satılmış hetçbek, keçən il 593 nüsxədə satılmış Tesla Model 3 elektrokarının fonunda sönük görünür.

Modrnləşdirmənin aparılması mənasızdır və Nissan artıq müasir modul platformalarında inşa edilmiş yeni nəsil elektrokarları hazırlayır. Lakin Leaf hələlik istehsal olunur və onu yüngül şəkildə yeniləyiblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ən diqqəti çəkən yenilik 16 və 17 düymlük təkər diskləridir. Dekor da tüngül şəkildə dəyişdirilib, yeni kuzov rəngləri peyda olub, üstəlik Leaf hetçbeki ilk dəfə Nissan Ariya modelində tətbiq edilmiş yeni loqotipi alıb. Bütün restaylinq bundan ibarətdir. Hetçbekin interyeri, texniki hissəsi və hətta mediasistemi dəyişilməz qalıb.

Nissan Leaf iki modifikasiyada təklif olunur. Baza versiyası 150 at qüvvəli elektrik mühərriki və 39 kilovat-saatlıq batareya ilə təchiz edilir. Batareyanın tutumu 270-285 kilometrlik yürüş ehtiyatını təmin edir. Leaf e+ versiyası isə 217 at qüvvəli elektromotora, 59 kilovat-saatlıq batareyaya və 385 kilometrlik yürüş mənzilinə malikdir. Yenilənmiş hetçbeklərin Avropadakı satışlarına aprel ayında başlanacaqdır. Leaf modelinin qiyməti  30.000, Leaf e+ versiyası isə 37.550 avrodan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.