Nissan Maxima sedanı təqaüdə çıxmağa hazırlaşır: şirkət təchizatçılarına və tərəfdaşlarına modelin istehsalının 2023-cü ilin ortalarında dayandırılacağı barədə məlumat verib. Sedanın birbaşa varisi olmayacaq, buna baxmayaraq, Maxima adının sonradan yeni elektromobilə verilməsi də mümkündür.

Modelin tarixi 1980-ci ildən başlayıb: əvvəlcə Maxima adı Datsun 810 sedanının yalnız top versiyasını üçün nəzərdə tutulmuşdu. Artıq 1981-ci ildə Datsun Maxima müstəqil modelə çevrilib. Hazırda 2015-ci ildə debüt edən və yalnız ABŞ-da satılan səkkizinci nəsil Nissan Maxima sedanı buraxılır.

Bu, Nissan markasının yerli çeşidindəki ən güclü və bahalı sedandır. Ən yaxşı vaxtlarında Nissan Maxima hər il ABŞ-da 120-130 min alıcını tapırdısa (ən yüksək satış göstəricisi 163 min olub), 2021-ci ildə cəmi 16 min avtomobil satılıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.