Nissan şirkəti Avropadakı model xəttində hazırki Micra modelini əvəzləyəcək gələcək elektromobilin ilk tizerini dərc edib. Tizerdən göründüyü kimi, yığcam elektromobil Nissan Micra modeli kimi yumru formalı ön fənərlərə və qısa kapota malik olacaqdır. Yapon avtomobil istehsalçısı elektromobilin Renault-Nissan alyansının CMF B-EV platformasında inşa ediləcəyini təsdiqləyib. Xatırladaq ki, adı çəkilən arxitektura alyansın elektrokarları üçün hazırlanıb. Yeni elektrokar Renault şirkətinin Fransadakı zavodunda buraxılacaqdır.

Nissan şirkətinin əməliyyat direktoru Aşvani Qupta yeni modeli belə təsvir edib: “Bu prinsipcə yeni modeldir: o, Nissan tərəfindən yaradılıb, Renault tərəfindən layihələndirilib və istehsal olunub”. Top-menecer ümumi platformaya baxmayaraq, elektromobilin orijinal dizayna malik olacağını və “Nissan xarakterini qoruyacağını” qeyd edib. Aktual Micra modelini əvəzləyəcək elektrokar barədə texniki təfərrüatları, habelə onun təqdimat tarixi və qiymətlərini sonra açıqlayacaqlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yuxarıda qeyd olunan CMF B-EV arxitekturasından artıq əfsanəvi Renault 5 hetçbekinə həsr olunmuş Renault 5 Prototype elektrokarında istifadə ediblər. Avtomobili 2021-ci ildə konsept statusunda nümayiş etdirilib, 2025-ci ildə isə onun seriya versiyası işıq üzü görməlidir.

Nissan şirkətinə gəldikdə isə, yapon markası 2026-cı ilə batareyalı avtomobillərin satış həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. 2023-cü ilə Nissan şirkəti 15 elektromobil də daxil olmaqla, 23 elektrikləşdirilmiş modeli buraxmağı planlaşdırır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.