Nissan şirkəti Sierra Space və Teledyne Brown Engineering firmaları ilə birlikdə NASA agentliyinin gələcək missiyaları üçün faydalı olacaq LTV (Lunar Terrain Vehicle) Ay avtomobilinin yaradılması üzərində işləyəcəkdir. Carscoops nəşrinin məlumatına görə, Nissan North America istehsal meydançası, habelə özü idarələnən eniş aparatında istifadə olunacaq avtonom idarəetmə sistemləri və "ağıllı" köməkçilər sahəsindəki işləmələri ilə bölüşəcəkdir.

Kaliforniyada fəaliyyət göstərən Alliance Innovation Laboratory Nissan laboratoriyasının direktoru Maarten Serhuisin bildirdiyinə görə, bu layihə Nissan şirkətinə müəyyən təcrübə müqabilində, kosmos sənayesi ilə texnologiyaları paylaşmağa imkan verəcəkdir. Yeni şərtlər avtonom sistemlərin, uzaqdan idarəetmənin, həmçinin enerji qidalanmasının idarəetmə sistemlərinin və insan-maşın interfeysinin imkanlarını daha yaxşı araşdırmağa şərait yaradacaqdır. Ayda əldə edilən bütün biliklər daha sonra adi avtomobillərdə tətbiq oluna bilər.

Nissan şirkətinin tərəfdaşlarına gəlincə, hər iki firma kosmik gəmilərin inşası sahəsində yeni deyillər. Belə ki, Teledyne hələ 1960-cı illərdə ilk Ay prototipini yaratmış və NASA ilə 40 ildən çox əməkdaşlıq etmişdir. Teledyne layihələndirmə, istehsal, proqramlar və enerji sistemləri üzərindəki işlərə cavabdeh olacaqdır.

Sierra Space uçuşun proqram təminatını yaradacaq, həmçinin rabitə, bələdçilik və naviqasiyaya cavabdeh olacaqdır. Şassi və asqının işlənib hazırlanmasında üzərində üçüncü tərəf - Arctic Cat brendi altında aeroxizək və ATV istehsal edən Textron şirkəti çalışacaqdır. "Biz birlikdə kosmosun gələcək mənimsənilməsini dəstəkləyəcək davamlı, çoxyönlü və intuitiv Ay avtomobili yaradacağıq", - Teledyne şirkətinin baş direktoru Skott Holl qeyd edib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.