Nissan şirkəti bu ayın sonunda işinə başlayacaq Tokyo avtosalonunda "qaynar" Leaf Nismo elektrokarının konseptual variantını təqdim edəcək. Bu gün yapon şirkətinin mətbuat xidməti konseptin fotoşəkillərini dərc edib.

Elektrokarın Nismo variantının buraxılmasının başlıca məqsədi, elektrokarların xarici görünüşü və yavaş imici ucbatından, belə avtomobillərin alınmasından çəkinən müştəriləri cəlb etməkdir. idman ekokarını barədə ətraflı məlumat verilməsə də, qaynar elektromobilin yalnız aqressiv kuzov dəstinə malik olan adi ekokar olacağı ehtimal edilir.

2019-cu ildə yenilənmiş Nissan Leaf modelinin işıq üzü görəcəyi ehtimal edilir. Bu modifikasiya daha sərt kuzova və iri tutumu olan batareyalar dəstinə malik olacaqdır. Konseptdə nümayiş olunmuş kuzov dəstinə malik olacaq avtomobil, elektrokarın idmansayağı variantı sayılacaqdır.

Yeni nəsil Nissan Leaf modeli keçən ay keçirilmış Frankfurt avtosalonunda debüt edib. Hetçbek 150 at qüvvəsi hasil edən elektromotora, 40 kilovat-saatlıq litium-ion batareyalar dəstinə və elektron akselerator pedalına sahib olub. Yeni elektron pedal, eyni zamanda, əyləc pedalını da əvəz edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt