Audi şirkəti yeni nəsil A6 modelini gələn il təqdim edəcəyini bildirib. Yeni modelin buraxılışını dəstəkləmək məqsədi ilə, alman istehsalçısı 21 dekabr tarixindən başlayaraq xüsusi film müsabiqəsinə də start verdiyini bəyan edib.

Alman şirkətinin nümayəndələri yeni A6 modelinin dünya təqdimatına «öz baxışını nümayiş etdirəcək gənc və istedadlı rejissorları axtardıqlarını» da bildiriblər. Eyni zamanda, müsabiqədə iştirak etmək arzusunda olan şəxslər daha çox rahatlığı, idman xarakteristikalarını və rəqəmsallığı ön plana çıxarmalıdırlar.

Növbəti nəsil Audi A6 modeli haqqında geniş məlumat olmasa da, istehsalçı yeni model gələn il təqdim ediləcəyini təsdiqləyib.

Çox güman ki, yeni model A8 bayraqdar modelinin dizayn üslubunda hazırlanmış görünüşə sahib olacaqdır.

Yeni model dörd və altı silindrli mühərriklərlə təchiz ediləcəkdir. Bunların arasında  340 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altı silindrli TFSI mühərriki də olacaqdır. Sonradan avtomobilin «bərkgedən» və hibrid variantları da işıq üzü görəcəkdir.

Təklif ediləcək mühərriklərdən asılı olmayaraq yeni Audi A6 sələfinə nisbətən daha qabaqcıl olacaqdır.

Yeni model, A8 sedanında debüt etmiş üçüncü nəsil avtonom idarəetmə sisteminə sahib olacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt