Kia şirkəti növbəti nəsil Soul krossoveri barədə yeni məlumatı dərc edib. Eyni zamanda, istehsalçı yeni avtomobilin interyer elementlərinin şəkillərini də paylaşıb. Yeni Kia Soul modelinin təqdimatının Los-Anjeles avtosalonunda keçiriləcəyi artıq məlumdur.

Yeni nəsil Kia Soul krosoveri yolsuzluq üçün hazırlanmış X-Line modifikasiyasına da sahib olacaqdır. Bundan başqa, Soul ailəsinə GT Line idman və EV elektrik modifikasiyaları daxil ediləcəkdir. Bu variantlar barədə ətraflı məlumat verilməyib.

Yeni Kia Soul haqqında məlumat çox azdır. Şirkətdən avtomobilin benzin turbomühərriklər və elektrik güc aqreqatı ilə təklif ediləcəyini bildiriblər. Sonuncu modifikasiya 135 at qüvvəli elektromotor və 39 kilovat-saatlıq batareya ilə təchiz ediləcəkdir. Elektrik Soul 320 kilometr qət edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt