"Autoweek" dərgisi yeni nəsil Mercedes-Benz G-Class yolsuzluq avtomobilinin interyerinin fotoşəkillərini dərc edib. Təsvirlərdən də göründüyü kimi, bu kütləvi informasiya vasitələri üçün təşkil edilmiş təqdimat mərasimində nümayiş etdirilən maketlərin çəkilmiş şəkillərdir.

Dərc edilmiş təsvirlərdən də göründüyü kimi, ofroderin ön panelinin və mərkəzi konsolunun arxitekturası tamamilə dəyişdirilibdir.  Yeni nəsil Geländewagen multimedia sisteminin 12,3-düymlük ekranına sahib olubdur. Bundan başqa, ofroder sensorlu elementləri olan sükan çarxını və yeni havalandırma deflektorlarını da əldə edib. W464 zavoddaxili indeksini almış ofroder kvadrat formalarını qoruyub-saxlasa da, salonda genişliyi təmin etmək üçün 10 santimetr genişlənmiş kuzovla təchiz edilmişdir.

1970-ci ildən bəri istehsal edilən ofroderi əvəz edəcək model dizayn cəhətdən sələfinə oxşasa da, mexaniki cəhətdən ciddi dəyişikliklərə məruz qalacaqdır.

Ofroderin dördüncü nəslinin əsasını tamamilə yeni platforma təşkil edəcəkdir ki, onun sayəsində də avtomobil, inanılmaz görünsə də, 410 kiloqram “arıqlayacaqdır”.

Bununla yanaşı, avtomobil rahatlığı və stabilliyi təmin edən yenilənmiş asqı sistemini əldə edəcəkdir.

Avtomobilin mühərrik çeşidinə daha qənaətcil və ekoloji cəhətdən effektiv olan mühərriklər daxil ediləcəkdir. Bu mühərriklərin sırasına yenilənmiş Mercedes-Benz S-Class modeli ilə birlikdə debüt edən 340 at qüvvəli altı silindirli turbodizelin daxil ediləcəyi də məlumdur. Növbəti nəsil G-Class modelinin 2018-ci ildə satışa çıxarılacağı söylənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt