Bu günlərdə Mercedes-Fans saytının sərəncəmanına nöbəti nəsil Mercedes-Benz GLE krossoverinin interyerinin cəsus fotoşəkilləri daxil olub. Şəkillərdən göründüyü kimi, avtomnobilin interyeri Vision Maybach Ultimate Luxury konseptinin dizayn üslubunda tərtib edilibdir.

Yeni krossover iki ədəd 12,3-düymlük displeyə, S-Class modelinin üslubunda hazırlanmış və sensorlu panelləri olan sükan çarxına, mərkəzi toneldə olan iki iri dəstəyə və multimedia sisteminin yeni taçpadına sahib olacaqdır. Görüdüyünüz kimi, əvvəlki ənənəvi fırlanan şayba formalı dəstəkdən əsar-əlamət qalmayıb. Bir müddət bundan əvvəl alman istehsalçısı yeni krossoverin aktiv hidroyaylı asqıya sahib olacağını bildirmişdir. Avtomobil ESP sisteminin xüsusi rejimində «yerində tullanaraq» sürücüyə qumluqdan çıxmağa kömək edıəcəkdir.

Sistemin işini nümayiş etdirən videoçarx Car and Driver nəsşrinin Youtube kanalında dərc edilib. 

Yeni nəsil Mercedes-Benz GLE krossoveri aktiv hidroyaylı asqı ilə təchiz ediləcəkdir. Bu sistem hər bir təkərə fərdi şəkildə nəzarət edəcək və yol şəraitindən asılı olaraq amortizatorların sərtliyini tənzimləyəcəkdir.

Bundan başqa, ofrouder  elektronika ilə idarə edilən «yaş» muftaya malik olan mərkəzi differensial, həmçinin opsional ikipilləli paylaşdırıcı qutu ilə təchiz ediləcəkdir. Növbəti nəsil Mercedes-Benz GLE modelinin təqdim ediləcəyi tarix açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt