Porsche AG şirkətinin Müşahidə şurası Macan krossoverini elektrik ötürməsinə keçirmək haqqında qərar qəbul edib. Krossoverin növbəti nəsli yalnız elektrik güc aqreqatı ilə təchiz ediləcək və Leypsiqdəki zavodda istehsal ediləcəkdirlər. Macan elektrokrossoverinin bazar debütü gələn onilliyin başlanğıcına planlaşdırılıb.

Porsche Taycan modeli kimi, Macan krossoverinin yeni nəsli də Audi ilə birlikdə hazırlanmış PPE (Premium Platform Electric) platformasında inşa ediləcəkdir. Bu platformça Taycan Cross Turismo universalının əsasını təşkil edəcəkdir. Platforma yüksəksərtlikli polad, alüminium və polimer kompozitlərdən hazırlanıbdır. Platformanın güc strukturuna batareya modulları və 800 voltluq yükləmə sistemi daxil ediləcəkdir.

Porsche şirkətinin İdarə heyəti 2022-ci ilə qədər elektrikləşdirməyə və istehsalatın təkmilləşdirilməsinə altı milyard avro sərmayə qoymaq niyyətindədir. 2025-ci ildə  Porsche şirkətinin yarısını elektrik modelləri təşkil edəcəkdir. Növbəti 10 ildə istehsalçı əsas gücünü benzin mühərriklərinin, hibrid güc qurğularının və elektromotorların təkmilləşdirilməsinə yönəldəcəkdir.