Alman Novitec atelyesi Huracan Evo kupesi üçün nəzərdə tutduğu tüninq proqramını təqdim edib. Atelyenin mütəxəssisləri superkarı karbondan hazırlanmış ultra yüngül kuzov dəsti ilə təchiz ediblər. Bundan başqa, kupe xüsusi buraxılış sistemini, daha sərt tənzimləməri olan asqını əldə edib. Məlim məsələdir ki, avtomobilin salonunun da yenidən tərtib olunması bu proqramın tərkib hissəsidir.

Kuzov dəstinin bütün elementləri aerodinamik boruda sınaqlardan keçirdiliblər. Buna görə də, Novitec aksesuarları ilə təchiz edilmiş Huracan Evo təkcə yaraşıqlı görünmür, həm də yüksək sürətlərdə daha çox yerəbasma gücü hasil edir.

Karbondan hazırlanmış ön splitter, yan ətəklər və diffuzor hava axını optimallaşdırır, yeni kapot isə mühərrikin soyudulmasına kömək edir. Üstəlik sportkar, Performante trek versiyasındakı kimi, tamamilə yeni arxa antiqanada sahib olub.

Novitec atelyesində tüninq keçmiş Huracan Evo modelinin digər fərqləndirici cəhətləri, öndə 20, arxada isə 21 düymlük Vossen təkər diskləri, paslanmayan poladdan hazırlanmış Novitec buraxılış sistemi və 35 millimetr azaldılmış klirensdir. Nümayiş etdirilən kupedə salon boz-qara rəngli dəri və alkantara ilə örtülmüşdür, lakin müştərinin istəyi ilə, salon istənilən rəng birləşməsində tərtib bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Novitec mütəxəssisləri 5,2-litrlik V10 mühərrikinə müdaxilə etməyiblər. Ona görə də, tuninq keçmiş Huracan Evo, 640 at qüvvəli (600 Nm) seriya variantıdan cüzi sürətlidir. Bu fərqə yeni səsboğucu sistemin quraşdırılması və yüngül kuzov sayəsində nail olunub. Novitec şirkəti tüninq dəstinin qiymətini açıqlamayıb.