Alman Novitec tüninq atelyesi Lamborghini Urus krossoveri üçün Esteso adlı təkmilləşdirmələr proqramını hazırlayıb. Bavariyalı tüner krossoverin xarici görkəmi və mühərriki üzərində ciddi şəkildə işləyib.

Novitec atelyesi superkarların təkmilləşdirilməsində yeni deyil. Atelye Ferrari və Lamborghini superkarları üçün müxtəlif təkmilləşdirmələr proqramını təklif edir. Bu dəfə almanların diqqətini Lamborghini Urus krossoveri cəlb edib. İtalyan krossoverinin onsuz da əla dinamik xüsusiyyətlərə malik olduğu hər kəsə məlumdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lakin, alman atelyesi bu xarakteristikaların kifayət etmədiyini düşünür və krossover üçün üç güc variantına malik olan Esteso proqramını təklif edir. Mühərrikin idarəetmə blokunun dəyişdirilməsi və paslanmayan poladdan hazırlanmış buraxılış sistemi sayəsində 4,0-litrlik V8 biturbomühərrikinin gücünü 747, 774 və 782 at qüvvəsinə qədər artırmaq təklif olunur. Qeyd etmək lazımdır ki, ən güclü variantın fırlanma anı 1032 Nm təşkil edir.

782 at qüvvəli Lamborghini Urus 100 km/saat həddinə 3,3 saniyəyə (- 0,3 saniyə) sürətlənir və 310 km/saatlıq (+ 5 km/saat) maksimal sürət həddinə malikdir. Bundan başqa, almanlar krossoverin klirensini 25 mm azaltmağı təklif edirlər. Novitec atelyesi krossoveri ön bamperin və kandarların örtmələri, qanad genişləndiriciləri, diffuzor, həmçinin 22, 23 və 24 arasında diametrə malik olan təkər diskləri ilə təchiz etməyi təklif edir..