Bu gün işinə başlayan Nyu-York avtosalonunda Hyundai şirkəti yenilənmiş Palisade krossoverini təqdim edib. Bu modelin debütündən demək olar ki, dörd il keçib, buna görə də, planlaşdırılmış restylinqin vaxtı gəliib çatıb. Əsas dəyişikliklər ön tərəfdədir. Radiator barmaqlığının fiqurlu qalxanını böyük hücrələri olan düzbucaqlı panel əvəzləyib. Gündüz hərəkət işıqlarının üç hissəli şaquli zolaqları olan “ikimərtəbəli” sxem qorunub saxlanılsa da, yeni işıq texnikası quraşdırılıb.

Arxada yalnız bamper dəyişdirilib, yeni dizaynlı təkər diskləri də peyda olublar. Üstəlik, krossovverin modifikasiya çeşidinə tünd “ofroud” dekoruna və 20-düymlük təkər disklərinə malik olan Palisade XRT versiyası da əlavə edilib. Lakin belə krossoverdə texniki təkmilləşdirmələr yoxdur. Xarici güzgülər avtomatik qaralma funksiyasına sahib olublar.

Salonda yeni sükan çarxını, virtual cihazlar panelinin başqa qrafikasını, dəyişdirilmiş tərtibat materiallarını və havalandırma sisteminin bütöv xəttdə birləşdirilmiş deflektorları var. Media sisteminin ekranının ölçüsü 10,25-dən 12,3 düymədək artırılıb, Bluelink telematik xidmətlərinin funksionallığı genişləndirilib: məsələn, Palisade indi Wi-Fi vasitəsilə smartfondan açıla bilər (ötürücü baş qurğuda quraşdırılıb).

Opsiyalar arasında yeni, daha rahat Ergo Motion sürücü oturacağı, habelə yuxarı arxa görüntü kamerasından alınan təsviri əks etdirən tam ekranlı salon güzgüsü daxildir. İndi USB-A konnektorlarını müasir USB-C girişləri əvəzləyib, qadcetlər üçün simsiz doldurma cihazının gücü 5-dən 15 vata qədər artırılıb. Adaptiv kruiz kontrol təkmilləşdirilib, avtoparklayıcını isə, smartfon vasitəsilə məsafədən aktivləşdirmək olar.

Palisade həmişəki kimi yeddi və ya səkkiz oturacaqlı ola bilər. İkinci cərgənin “kapitan” kresloları üçün ilk dəfə havalandırma, üçüncü sıranın oturacaqları üçün isə qızdırılma funksiyası təklif edilir. İkinci sıradakı yan hava yastıqları artıq standartdır, yəni Palisade modelinin standart təchizatına doqquz hava yastığı daxildir.

Bununla belə, krossoverin texniki hissəsində dəyişiklik yoxdur - ən azından  ABŞ bazarı üçün. Bu bazarda Hyundai Palisade əvvəlki kimi yalnız 295 at qüvvəli 3,8-litrlik V6 GDI benzin mühərriki və səkkiz pilləli “avtomat” ilə təklif olunur. Ötürmə - ön oxa və ya tam ola bilər. Tamötürməli avtomobillərdə əlavə yedəkləmə rejimi (Tow Mode) var, bu rejimdə mufta qabaqcadan yüklənmə ilə işləyir, transmissiya isə aşağı pillələri qoşur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Amerikada yenilənmiş Hyundai Palisade modeliinin satışlarına bu ilin yayında start veriləcəkdir. Burada yenlənmədən əvvəlki krossoverlər 33 min dollardan başlayan qiymətlərlə satılırlar. Restaylinqdən keçmiş avtomobillər Cənubi Koreyada da yayda satışa çıxarılacaqlar. Burada digər Hyundai və Kia modellərindən tanış olan alüminium bloklu yeni 2.2-litrlik turbodizelin təklif ediləcəyi də gözlənilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.