Universal Pictures studiyası Ceyms Bond haqqında 25-ci film olan “No Time To Die” (“Ölmək üçün zaman yoxdur”) filminin ikinci treylerini yayıb. Yeni video qismən avtomobil tryuklarına həsr olunur: onların arasında ən diqqəti çəkən Land Rover Defender modelinin salto vurması və pulemyotlardan atəş açan Aston Martin DB5 kuprsinin drift etməsidir. Nümayiş etdirilən kadrlarda Valhalla, Series II V8 Vantage və DBS Superleggera superkarları da gözə çarpırlar.

Film 007 agentinin (baş rolu beşinci dəfə Daniel Kreyq ifa edir) təqaüdə çıxdıqdan sonra yenidən xidmətə qayıtmasından bəhs edir. Ceyms Bond köhnə dostu, MKİ agenti olan Feliks Leyter (Cefri Rayt) ilə birlikdə qaçırılan alimi tapmaq üçün yola çıxır. Eyni zamanda, Bond, sevgilisi Madlen Suonnun (Lea Seydu) ilə əsas cani olan Safin (Rami Malek) arasındakı gizli əlaqənin sirrini öyrənməlidir.

Ekrana royllarını Kristof Valtzın, Reyf Faynsın və Ben Uişounun oynadığı keçmiş personajlar da qayıdır. Filmi rejissoru Danni Boylu əvəz etmiş Keri Fukunaqa (“Əsl detektiv”, “Manyak”), ssenari müəllifi Fibi Uoller-Bric (“Yevanı öldürərkən”), bəstəkarı isə Hans Zimmerdir.

Koronavirus pandemiyası ucbatından filmin nümayişi aprel ayından noyabr ayına keçirilməli olub. “Ölmək üçün zaman yoxdur” filminin dünya təqdimatı 11 noyabr yarixində keçiriləcəkdir.