Avropa ölkələrinə səfər edənlər əksəriyyəti, bu ölkələrin şəhərlərdəki taksomotorların böyük hissəsinin Mercedes-Benz E-Class avtomobillərindən ibarət olduğunun şahidi olublar. Lakin, bu yeganə variant deyildir, çünki başqa bir alman istehsalçısı da taksomotorlar təklif etmək qərarına gəlib.

Bu istehsalçı, Insignia universalının bazasında yaradılmış taksomotoru təklif edən Opel şirkətidir. Adətən,  taksi sürücüləri, taksi parkları adi universalları alaraq, onları xüsusi firmalarda taksomotora çevirilər. Opel şirkəti isə, Insignia Sports Tourer modelini zavoddan artıq hazır taksi şəkilində təklif edir: avtomobilə işıqlanan nişan, güzgüdəki taksometr və digər avadanlıq birbaşa konveyerdə quraşdırılır.

Peşəkar taksi sürücüləri universalı Insignia Sports Tourer və yaxud yolsuzluq üçün olan Country Tourer modifikasiyasında əldə edə bilərlər. Üstəlik onlar iki təchizat səviyyəsindən - Taxi Selection və Taxi Dynamic trim – birini seçə bilərlər. Geniş baqaj həcminə malik olan taksomotorların qiyməti Almaniyada 22639 avrodan başlayır. Bundan başqa, istehsalçı Insignia ilə kifayətlənməyərək, Zafira və Vivaro modellərinin də taksi variantlarını təklif edir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt