Opel şirkəti markanın yeni dizayn üslubunu nümayiş etdirən GT X Experimental elektrik konsept avtomobili təqdim edib. «Səlisliyi və saflığı» tərənnüm edən üslubun əsas elementləri ön hissənin Vizor adlı dizaynı və Pure Panel cihazlar panelidir.

Opel GT X Experimental konseptinin qabarit uzunluğu 4063 millimetr, eni - 1830 millimetr, hündürlüyü isə 1528 millimetrdir. Konseptin təkər bazasının uzunluğu 2625 millimetr təşkil edir. Prototipin kuzovu əsasən açıq-boz rəngə boyanıb, həmçinin sarı və qara-göy rəngli haşiyələrə malikdir.

Artıq qeyd etdiyimiz kimi, konseptin əsas elementlərindən biri Vizor adlandırılan elementdir. Bu tündləşdirilmiş pleksiqlasdan hazırlanmış bütöv paneldir. Panelin altında brendin işıqlanan loqotipi, matrisa tipli işıqdiodlarından fənərlər, gündüz hərəkət işıqları, avtonom idarəetmənin kamera və sensorları yerləşdirilibdir.

Bu elementlər mərkəzində loqotip yerləşən, şimal və cənubu kapot və bamperdəki xətt, qərb və şərqi  isə oxşəkilli gündüz hərəkət işıqları yaradan «kompası» təşkil edir.

İstehsalçı prototipin interyerini «vizual və rəqəmsal detoksikasiya» kimi qələmə verib. Onun mərkəzi elementi şüşədən hazırlanmış Pure Paneldir. Bu panel, özündə cihazlar panelini və məlumat-əyləncə sistemninin displeyini birləşdirir. Ön panelin kənarlarında yan güzgülərin rolunu oynayan kameraların görüntüləri əks etdirilən iki kiçik ekran yerləşdirilibdir. Minimalizm ideyasını pozmamaq üçün havalandırma sisteminin deflektorları gizlədilibdir.

Opel GT X Experimental konsepti 50 kilovat-saatlıq litium-ion batareyalarından qidalanan elektrik güc qurğusu iolə təchiz edilib. Prototipin dinamik xarakteristikaları və yürüş ehtiyatı hələlik açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt