Bu ildən DTM çempionatında iştirak edən hər bir marka bir özəl komanda ilə əməkdaşlıq etmək hüququna malidir. Bu günlərdə Audi markası ilə əməkdaşlıq edən W Racing Team (WRT) mətbuat nümayəndələri üçün keçirdiyi tədbirdə öz yarış proqramını təqdim edib.

Mənzil-qərargakı Brüsselin 50 kilometrliyindəki Bodurda yerləşən W Racing Team avtomobil idmanında yeni deyildir - komanda GT3 və TCR çempionantlarında da təmsil edilib. Beləliklə, WRT Team Audi Sport komandası Rosberg, Phoneix və ABT Sportsline komandaları ilə yanaşı İnqolştadt markasının şərəfini qoruyacaqdır.

Komanda ilk pilotunun adını da açıqlayıb - Conatan Aberdin. 21 yaşlı cənubiafrikalı artıq avtoidman yarışlarında bir sıra uğurlara imza atıb: o, Birləşmiş Ərəb Əmirliklərinin F4 seriyasında çempion tituluna sahib olub. Keçən il isə, Aberdin FIA Formula 3 European Championship çempionatında 108 xal toplamağa müvəffəq olub. Aberdin keçən ilin dekabrında DTM-in Xeresdə keçirdiyi gənc pilotların testlərində də iştirak edib.

WRT komandasının rəhbəti Vinsent Voss komanda üzvülərinin hər birinin bu seriyada mübarizə aparmağa hazır olduğunu bildirib. «Baş vermiş dəyişikliklər seriyanln gələcəyini daha maraqlı edir və 2019-cu il DTM çempionatına qatılmaq üçün ən doğru zamandır. Bu çempionatda yeni olduğumuzu anlayırıq və mübarizə aparmağın asan olmayacağını da bilirik. Buna baxmayaraq, həyəcanla yarışların başlanmasını gözləyirik və uğur qazanmaq əzmindəyik».