İtalyan hiperkarlar istehsalçısı olan Pagani şirkəti Enzo və Dino Ferrari adına avtodromunun şərəfinə adlandırılmış məhdud saylı Huayra Imola modeli haqqında müəyyən məlumatı dərc edib. Yeni hiperkar Pagani model xəttindəki ən nadir və bahalı hiperkar olacaqdır. Beş nüsxədə buraxılacaq hiperkarın başlanğıc qiyməti 5 milyon avro təşkil edəcəkdir.

Huayra Imola modeli üzərindəki sirr pərdəsi keçən ilin sentyabrında markanın müştərilərdən biri  olan rusiyalı iş adamı Oleq Yeqorov tərəfindən götürülsə də, Pagani şirkəti modeli təqdim etməyə və onun  xüsusiyyətləri bölüşməyə tələsməyib.

Beləliklə, Huayra Imola hasilatı 839 at qüvvəsi və 1100 Nm olan 6,0-litrlik on iki silindrli Mercedes-AMG mühərriki ilə təchiz edilib. Bu, "rekordçu" Huayra Roadster BC modelində olduğundan  39 at qüvvəsi və 50 Nm çoxdur. Yeni hiperkarın kütləsi 1246 kiloqramdır. Bu isə, Imola modelinin Huayra Roadster BC hiperkarından dörd kiloqram yüngül olduğu anlamına gəlir.

Gücün arxa oxa ötürlməsinə karbon sinxronizatorları və elektrohidravlik aktuatorları olan 7-pilləli Xtrac “robotu”  cavabdehdir. Hiperkarın dinamikası açıqlanmasa da, onun Huayra BC modelindən yeyin olacağı şübhəsizdir. Xatırladaq ki Huayra BC modeli yerindən 100 km/saat həddinə 2,7 saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pagani şirkətinin qurucusu Horasio Paqani öz əsəinə bir qədər tənqidi yanaşıb. O, Huayra Imola modelinin zərif görünüşə malik olmadığını, lakin aerodinamik cəhətdən daha effektiv, trekdə yeyin, idarə etmədə asan və təhlükəsiz olduğunu bildirib.

Pagani Huayra Imola modeli mart ayında Cenevrədə keçiriləcək avtosalonda nümayiş etdiriləcəkdir. Səsləndirilən qiymətə baxsaq, qalan hiperkarların sahiblərini tapmadığını söyləmək olar.