Bu il Pagani Huayra superkarının on yaşı tamam olur və bu münasibətlə italyan şirkəti Pacchetto Tempesta indeksli Huayra BC modelinin xüsusi yubiley versiyasını hazırlayıb. Superkarın istehsal dövrünün tezliklə başa çatacağını nəzərə alsaq, yeni modifikasiyanın yola saldığımız superkarın son növlərindən biri ola bilər.

Yuniley versiyası zahiri cəhətdən orijinal avtomobildən yalnız bir neçə detal sayəsində ayırd etmək mümükündür: bunlardan biri də, buraxılış sisteminin arxa diffuzordakı iki əlavə çıxış borusudur. Yəni, arxa hissənin mərkəzindəki korporativ kvartetlə birlikdə yeni xüsusi versiyada altı çıxış borusu var!

Bundan əlavə, mühəndislər avtomobilin aerodinamikası üzərində çalışıblar: Pacchetto Tempesta geniş hava qəbulediciləri və inkişaf etmiş splitter ilə təchiz edilmiş orijinal ön bamperi, eləcə də arxa oxa düşən yerəbasma gücünü artırmaqdan məsul olan iri antiqanadı ilə öyünə bilər.

Texniki cəhətdən kifayət qədər yeniliklər var: Mercedes-AMG bölməsinin hazırladığı 6,0-litrlik V12 biturbo mühərrikinin hasilatı 827 at qüvvəsi və 1100 Nmqədər artırılıb. Bu göstərici italyan markasının çeşidi üçün rekord rəqəm deyil - 2019 -cu ildə debüt etmiş Huayra Imola modelinin bənzər mühərriki eyni güc göstəricilərinə malik idi. 

Image alt Image alt Image alt

Asqı sistemi də təkmilləşdirilib, lakin bu dəfə mühəndislər ümumi rahatlıq səviyyəsinin yaxşılaşdırmağa çalışıblar. Bu rahatlığı yeni “yumşaq” Soft Driving Mode rejimi təmin etməlidir. Təəssüf ki, bu rejim barədə təfərrüatlar və interyerin fotoşəkilləri yoxdur - xüsusi yubiley versiyasının tam ölçülü debütü yaxın günlərdə keçiriləcək Monterey Car Week tədbirində baş tutacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.