Rusiyanın TopCar Design atelyesinin sahibi Oleq Yeqorov özünün Instagram sosial şəbəkəsindəki səhifəsində Pagani Huayra superkarının ultraməhdud saylı versiyasının şəkillərini dərc edib. Dragon adlandırılacağı ehtimal edilən superkar, məşhur italyan avtodromunun şərəfinə Imola adlandırılıb.

Pagani Huayra Imola Mercedes-AMG istehsalı olan 6,0-litrlik V12 mühərriki ilə təchiz edilir. Mühərrik iki yeni turbokompressora, hidroformalaşdırma üsulu ilə yaradılan giriş kollektoruna, drossel çəpərciklərinin ikiqat gövdəsinə, dörd aralıq soyuducusuna və Bosch firmasının idarəetmə blokuna sahib olub. Nəticədə, mühərrikin hasilatı 800 at qüvvəsi və 1050 Nm fırlanma anı təşkil edir.