Pagani şirkəti yeni ekstremal superkarın siluetini göstərən təsviri yayımlayıb. Yeni superkarın Huayra modelinin trek versiyasının və pərəstiş obyektinə çevrilmiş Zonda R modelinin birbaşa varisi olacağı gözlənilir.

Pagani Zonda R modeli 2009-cu ildə debüt edib. Ümumi yollara çıxışı olmayan ortamühərrikli yarış superkarı italyan markasının ən məşhur modellərindən biri olub. Kupe 750 at qüvvəli 6.0-litrlik V12 mühərriki ilə təchiz olunurdu. 12 il sonra, şirkət Huayra modelinin yarış versiyasının buraxmaqla, əfsanəvi modelin tarixini davam etdirməyə qərar verib.

Yeni ekstremal superkarın R prefiksini alacağı və yalnız yarış trekində istifadə ediləcəyi gözlənilir. Dərc edilmiş şəkildən göründüyü kimi, Huayra R modeli, maksimal yerəbasma gücünü təmin edəcək iri arxa antiqanada malik olacaqdır. Çox güman ki, Zonda R modelinin varisi olacaq yeni superkar, onun çəkisini əhəmiyyətli dərəcədə azaldacaq yüngülləşdirilmiş materiallardan hazırlanmış aerodinamik kuzov dəsti ilə təchiz ediləcəkdir.

İtalyan markası hələlik heç bir texniki məlumatla bölüşməyib. Pagani Huayra R modelinin Mercedes-AMG bölməsinin məhsulu olan V12 atmosfer mühərriki ilə ediləcəyi, aqreqatın hasilatının 900 at qüvvəsindən çox olacağı güman olunur. İtalyan istehsalçısı keçən ilin sonunda Huayra modelinin trek versiyasını təqdim etməli idi, lakin onun əvəzinə Frecce Tricolori pilotaj qrupunun 60 illik yubileyinə həsr olunmuş Huayra Tricolore modifikasiyasını buraxmağa üstünlük verib.