Pagani şirkəti Beynəlxalq Cenevrə avtomobil sərgisində debüt edəcək Huayra Roadster modeli ətrafında olan marağı körükləməyə davam edir. Bu gün italyan superkar istehsalçısı rodsterin mühərrik bölümünün əks etdirildiyi növbəti tizerini dərc etmişdir.

İlk dəfə  Pagani Huayra Roadster modelinin buraxılacağı  barədə məlumatı, şirkətin əsasını qoymuş Horasio Paqani 2011-ci ildə səsləndirmişdi. Superkarın sınaqları zamanı çəkilmiş cəsus fotoşəkilləri isə 2016-cı ildə yayılmışdı. Bir sıra məlumatlara əsasən, yeni avtomobil bağlı təqdimat mərasimində şirkətin seçilmiş müştərilərinə nümayiş etdirilmişdir. Böyük ehtimalla, rodster də kupe kuzovlu Huayra modelinin təchiz edildiyi mühərriklə hərəkətə gələcəkdir.

Pagani Huayra superkarı Mercedes-AMG bölməsinin məhsulu olan 730 at qüvvəli V12 mühərriki ilə təchiz edilir. Superkar 100 km/saat sürətini toplamağa 3,3 saniyə sərf edir və 370 km/saat maksimal sürətə malikdir.

Rodster 100 nüsxədən ibarət məhdud sayda tirajla istehsal ediləcəckdir. Sonradan Pagani xüsusi sifarişlərlə rodsterin eksklyuziv variantlarını hazır edəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt