Pagani şirkəti Huayra superkarının Lampo (italyancadan tərcümədə “ildırım” deməkdir) adlı xüsusi modifikasiyasını təqdim edib. Superkar Fiat şirkətinin keçmiş meneceri və bu "imperiyanın" varisi Lapo Elkannın sifarişi ilə hazırlanıb.

Superkarın xarici görkəmi üzərində Horasio Paqani ilə birlikdə Elkanna məxsus olan Garage Italia Customs tüninq atelyesi işləyib. Avtomobilin dizaynı 1954-cü ilin Fiat Turbinma modelinin ruhunda hazırlanıb. Bu model 300 at qüvvəli qazoturbin mühərrikinəvə çox aşağı aerodinamik müqavimət əmsalına (0,14) malik olub.

Unikal boya sxemi ilə yanaşı, superkar “bərkgedən” Huayra BC modelindən götürülmüş aerodinamik kuzov dəstinə malik olub. Bunlara misal olaraq avtomobilin ön hissədəki, mühərrikə yönəldilən hava axınını 5,35 % artıran genişləndirilmiş hava girişlərini göstərmək olar.

Pagani Huayra modeli 6,0-litrlik iki turbokompressorlu V12 mühərriki ilə hərəkətə gəlir. Bu mühərrik 765 at qüvvəsi və 1000 Nm fırlanma anına malikdir. Huayra kupesi 100 km/saat həddini 3,0 saniyədən az müddətə toplayır və 370 km/saat maksimal  sürətə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt